

Dəmir yolu ilə yüklərin daşınması, xüsusilə malgöndərənin və ya malalanın birbaşa dəmiryol nəqliyyatı çıxışı olmadığı halda, əlavə olaraq yükləmə-boşaltma xərclərinin yaranmasına səbəb olur. Bu xərclər qatarın özünün istismarı xərclərini aşa bilər, bu səbəbdən praktikada konteynerdən istifadə olunması bu çür xərclərin minimuma endirməsi məqsədi daşıyır.
Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu tranzit daşımalarına ən münasib qiymətlər təklif edirik. İstənilən ölkədən dəmir yolu daşınmasını sizə təklif edə bilərik. TOGPETROL istənilən tipli, həcmli, ağırlıqlı, qabaritli və qabaritsiz, təhlükəli yüklərin dəmiryolu vasitəsi ilə ölkədaxili və beynəlxalq daşımalarını təşkil edir.